21 yanvar 2013 13:54

Rasim Ramaldanov: Məni Nesta adlandırmayın!

Futbol üzrə Azərbaycan yığmasının və “Simurq”un müdafiəçisi Rasim Ramaldanovun azerisport.az saytına müsahibəsi
 
- Türkiyə toplanışı necə gedir?
- Artıq 11 gündü Bələkdəyik. Ənənəyə uyğun olaraq, yenə hazırlığın birinci mərhələsini fiziki hazırlığa həsr etdik. İndi isə hazırlığın ikinci mərhələsinə başlamışıq. Ümid edirəm ki, bundan sonra toplu çalışmalarımızın sayı daha çox olacaq.
 
- Georgi Çixradze futbolçuları yükləməyi sevir?
- Bu, olmalıdı. Hamı istirahətdən qayıdıb. Əvvəlki gücümüzü bərpa etməyimiz lazımdı. Ona görə də bu fiziki hazırlıqlara görə şikayətlənməyə dəyməz.
 
- “Simurq”un ilk altılığa düşməsinə cəmi bir xal lazımdı...
- Biz buna görə arxayınlaşa bilmərik. Maksimum xal toplamağa çalışmalıyıq. Çünki bu, final mərhələsində işimizə yarayacaq. Axı mövsümü altıncı pillədə bitirmək istəmirik. Avrokuboklara düşməyə çalışırıq.
 
- Düşünmürsüz ki, “Simurq” ilk altılıqda Premyer Liqanın “akula”larının arasına düşəcək?
- Biz onlarla kifayət qədər normal mübarizə apardıq. Əgər öz işimizə ciddi yanaşsaq, yaxşı məşq etsək, bütün rəqiblərimizlə oynaya bilərik.
 
- Hakimliklə bağlı problemlər sizi qorxutmur?
- Belə hallar olur. Hakimlər hərdən bizə qarşı, hərdən də xeyrimizə olan səhvlər buraxırlar. Burda heç nə edə bilmərik.
 
- “Simurq” nəyə ümid edir?
- Mövsümün əvvəlində bizim qarşımıza medalçılar arasında düşmək vəzifəsi qoyulub. Bu hədəfə çatmaq üçün də mübarizəmizi davam etdiririk.
 
- Sizcə, Premyer Liqada kimlərlə oynamaq daha çətindi?
- Maraqlı çempionatımız var. Bütün komandalara ciddi yanaşırıq. Amma hamıdan çətin olan “Qarabağ” və “Neftçi” ilə oyunlardı.
 
- Ayın sonunda sizi millinin toplanışı gözləyir...
- Çox şadam ki, artıq ikinci dəfə Azərbaycan yığmasına dəvət olunuram. Berti Foqtsun mənə əbəs yerə güvənmədiyini isbatlamaq istəyirəm. Buna psixoloji cəhətdən də hazıram. Özümü yaxşı hiss edirəm.
 
- Nümunə götürdüyünüz futbolçu var?
- Avropa futbolunu izləyirəm. Mənim daha çox Pike və Vidiç xoşuma gəlir.
 
- Sizi “Azərbaycanın Nestası” adlandırsalar, təəccüblənməzsiniz?
- (gülür) Məni Nesta adlandırmayın. Mən Rasim Ramaldanovam.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.