21 yanvar 2013 14:02
Bakı ispaniyalı və serbiyalı futbolçuları sınayır (FOTO)
“Bakı” Türkiyənin Antalya şəhərindəki hazırlıqlarını davam etdirir. Azerisport.az xəbər verir ki, paytaxt klubu hazırlıqlarla yanaşı yeni futbolçularını da sınayır.
Hazırda “zolaqlılar”ın düşərgəsində daha iki futbolçu sınaqdan keçirilir. Bunlar ispaniyalı yarımmüdafiəçi Mario Martines Rubio və serbiyalı xavbek Risto Ristoviçdi.
Qeyd edək ki, Rubio “Bakı”ya Kiprin “Alki Larnaka” klubundan gəlib. Rastoviç isə Serbiya “Novi Pazar”ından dəvət olunub.
