21 yanvar 2013 14:39
Abışov Rubində debüt etdi
Bu gün futbol üzrə Azərbaycan yığmasının müdafiəçisi Ruslan Abışov Rusiyanın “Rubin” klubunun heyətində debüt edib. Azerisport.az xəbər verir ki, yığmamızın üzvü Kazan təmsilçisinin Moldova “Şerif”i ilə oyununun iştirakçısı olub.
Baş məşqçi Kurban Berdıyev futbolçumuza start heyətdə yer verib. “Xəzər Lənkəran”dan gedən millimizin üzvü 28-ci dəqiqədə əvəzlənib. Qarşılaşma isə 2:2 hesabıyla başa çatıb.
