22 yanvar 2013 02:46
Ruslan Abışov Rubində nömrə seçimini etdi (FOTO)
Futbol üzrə Azərbaycan yığmasının müdafiəçisi Ruslan Abışov Rusiyanın “Rubin” klubunda nömrə seçimini edib. Azerisport.az xəbər verir ki, böyük ehtimalla yığmamızın üzvü Kazan klubunda 28 nömrə altında çıxış edəcək.
Qeyd edək ki, “Xəzər Lənkəran”ın futbolçusu ötən gün baş tutan Moldova “Şerif”i ilə qarşılaşmada məhz 28 nömrəli forma ilə çıxış edib. Lakin o, hələ yeni komandası ilə müqavilə bağlamayıb və hər şey rəsmiləşəndən sonra da eyni nömrə ilə çıxış edib-etməyəcəyi dəqiq bilinmir.
