21 yanvar 2013 14:47
Qarabağ - Hoverla matçının start saatı açıqlandı
“Qarabağ” Antalyada təlim-məşq toplanışına davam etdirir. Azerisport.az xəbər verir ki, 2 gün öncə “Ural”la yoxlama oyununa çıxan və 3:2 hesabıyla qalib gələn komanda 1 günlük aradan sonra məşqlərini bərpa edib.
Bu gün 2 məşqi olan komandanın növbəti yoxlama oyununun başlama saatı məlum olub. Yanvarın 24-də Ukrayna Premyer Liqa təmsilçisi “Hoverla” ilə qarşılaşacaq “Qarabağ” Bakı vaxtıyla 17:00-da meydana çıxacaq. “Qarabağ” Ujqorod təmsilçisinin meydanına yollanacaq.
