22 yanvar 2013 01:30
Yığmamızın hücumçusu yenə də oynamadı
Futbol üzrə Azərbaycan yığmasının hücumçusu Rüfət Dadaşovun çıxış etdiyi Almaniyanın “Kaiserslautern” klubu növbəti yoxlama oyununu keçirib. Azerisport.az xəbər verir ki, ikinci Bundesliqa klubu Antalya toplanışı çərçivəsində Ukrayna “Metallurg”u ilə qarşılaşıb.
Zaporojye təmsilçisi ilə görüş qolsuz başa çatıb. Yığmamızın forvardı qarşılaşmanın iştirakçısı olmayıb.
