21 yanvar 2013 15:32
Rubin Ruslan Abışovu da Kazana apardı
Futbol üzrə Azərbaycan yığmasının müdafiəçisi Ruslan Abışov Rusiyaya yola düşüb. Azerisport.az xəbər verir ki, onun hazırda heyətində yer aldığı “Rubin” klubu Türkiyə toplanışını başa vurub.
Bir neçə saat öncə başa çatan Moldova “Şerif”i ilə sınaq matçından sonra Kazan klubu vətənə qayıdıb. Kazan təmsilçisi Abışovu da heyətində Rusiyaya aparıb.
Qeyd edək ki, “Rubin”in növbəti toplanışı yanvarın 28-də İspaniyada başlayacaq. Kazanda Abışovun da bu klubla müqavilə bağlaması və bu toplanışda iştirak etməsi gözlənilir.
