21 yanvar 2013 15:45
Azərbaycan millisi Əl Vasl stadionunda meydana çıxacaq
Xəbər verdiyimiz kimi, Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində təşkil olunacaq təlim-məşq toplanışı çərçivəsində Azərbaycan və Lixtenşteyn milli komandaları arasında yoldaşlıq oyunu keçiriləcək. Azerisport.az xəbər verir ki, artıq oyunun keçiriləcəyi stadion da müəyyənləşib.
AFFA-nın yaydığı məlumata görə, qarşılaşma fevralın 6-da, saat 18:00-da, "Əl Vasl" stadionunda keçiriləcək.
