21 yanvar 2013 15:50
Millimizin heyətində dəyişiklik
Yanvarın 23-dən fevralın 1-nə qədər Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olacaq 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının heyətində dəyişiklik baş verib. Azerisport.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
Məlumatda bildirilir ki, zədəli olduğu üçün Türkiyəyə yollana bilməyəcək Yusif Şirinovun əvəzinə toplanışa "Neftçi" klubundan Tural Osmanov dəvət edilib.
