22 yanvar 2013 02:12
Sumqayıt seleksiya xarakterli toplanış keçirdi (FOTOREPORTAJ)
“Sumqayıt” Futbol Klubu Bayıl Arena-da 1998-2002-ci il təvəllüdlü futbolçular arasında seleksiya xarakterli təlim-məşq toplanışı keçirib. Azerisport.az xəbər verir ki, bölgələrdən təşrif buyurmuş uşaqlar komandanın baş məşqçisi Bernard Raab, onun köməkçiləri və akademiyanın məşqçilər heyəti tərəfindən yoxlanılıb. Üç saatdan artıq davam edən seleksiya xarakterli toplanışda 60-dan artıq futbolçu izlənilib.
