22 yanvar 2013 20:12
Çixradze: Əsas hədəfimizə nail olduq
“Simurq”un baş məşqçisi Georgi Çixradze Bolqarıstanın CSKA klubu keçirdikləri yoxlama oyununu şərh edib. Azerisport.az saytına müsahibəsində o, 3:3 hesabıyla başa çatan görüşlə bağlı bunları dilə gətirib:
“Biz bu oyunda da əsasən futbolçuları yoxlamağa çalışdıq. Bu gün ilk matçımızla müqayisədə daha sürətli oyun izlədiyimizi düşünürəm. Keyfiyyətli oyundan danışmağımız hələ tezdi. Çünki biz heç də əsas heyətlə mübarizə aparmırdıq. Əsas hədəfimizə - futbolçuları yoxlamaq istəyimizə nail olduq”.