22 yanvar 2013 11:15
Zaur Ramazanov: Gökhan Güləç XL-da ikinci Oqtay Dərəlioğlu ola bilməyəcək
Futbol üzrə Azərbaycan yığmasının və “Xəzər Lənkəran”ın sabiq hücumçusu Zaur Ramazanov azerisport.az saytına müsahibəsində Rauf Əliyevlə Kamran Ağayevin aqibətindən danışıb, klublarımızın transfer siyasətinə toxunub:
- Sizcə, Azərbaycana niyə daha səviyyəli legionerlər gətirmək olmur?
- Əvvəllər normal meydançaların olmamasını səbəb göstərirdilər. Amma son dövrlər əksər klublarımız özlərinə baza da yaradıblar, stadion da. Maliyyə baxımından da geri qalmırıq. Mənə elə gəlir ki, sadəcə menecerlər normal işləyə bilmirlər. Hansısa futbolçunu yalnız bir-iki həftəlik toplanışda, bir-iki oyunda seçmək lazım deyil. Onu bütün mövsüm boyu izlədikdən sonra dəvət etmək lazımdı.

- Deməli, əsas problem menecerlərdədi?
- Menecerlərimizin çoxu sadəcə həmin futbolçuların videoyazıları ilə işləyir. Axı nə vaxta kimi futbolçuları disklərinə görə seçəcəyik? Axı o distləri xüsusi hazırlayırlar. Ona görə də almaq istədiyin futbolçunu canlı izləmək lazımdı. Əgər Avropada da futbolçunu bu prinsiplərlə seçsəydilər, yəqin ki, bizimkilər çoxdan hərəsi bir tanınmış çempionatda çıxış edərdilər. Klublarımızın pulu var. Yaxşı gənc futbolçuları, legionerləri tapıb almaq lazımdı ki, onun potensialını açmaq mümkün olsun.

- Karles Bakesdən nə gözləyirsiz?
- O, hələ cavandı. Həm də yeni olduğu üçün, işinə indidən qiymət vermək düz olmazdı. Ona vaxt vermək lazımdı.

- Cənubluların yeni hücumçusu Gökhan Güləç barədə nə deyə bilərsiz?
- Vaxtilə XL-da Oqtay Dərəlioğlu kimi futbolçu çıxış edib. Onunla bir yerdə də oynamışıq. Oqtay Türkiyədə həqiqətən çox tanınır. O, bizim klub üçün də çox iş gördü. Tez-tez qol vururdu, rəqib qapısı qarşısında təhlükəli vəziyyətlər yaradırdı. O, əsl ulduz idi. Amma Güləç elə deyil. Fikrimcə, bu futbolçu “Xəzər Lənkəran”da ikinci Oqtay ola bilməyəcək. Çünki tamamilə fərqli futbolçulardılar.

- Kamran Ağayev “Xəzər Lənkəran”ı “Bakı”ya dəyişməyə hazırlaşır...
- Futbolda belə şeylər tez-tez baş verir. Mən özüm də “Xəzər Lənkəran”da çıxış edirdim, “Qarabağ”a getdim. Ağayevi başa düşmək olar. Onun klubla problemi var idi. Ona görə də vəziyyəti dəyişməyə çalışır. O, yaxşı qapıçıdı. Yığmaya da lazımdı.
- “Xəzər Lənkəran”dan ayrılan digər futbolçu – Ruslan Abışovdu. Onun Rusiya “Rubin”indəki şansları barədə nə deyə bilərsiz?
- Abışovda əsl xarakter var. Əgər o, öz üzərində çalışmağa davam etsə, “Rubin”də möhkəmlənə bilər. Ona inanıram. Əgər futbolçumuz burda özünü sübut edə bilsə, digər həmyerlilərimizin də yolunu aça bilər.

- Klublarımızın Premyer Liqadakı çıxışı barədə nə deyə bilərsiz?
- Mənim “İnter”in oyununa simpatiyam var. Çoxları deyir ki, onlar müdafiədən oynayırlar. İstənilən halda hər bir klub üçün nəticə önəmlidi və onlar da buna çox yaxşı nail olurlar. “İnter”in məşqçi heyətinin xüsusi oyunçu seçimi olmasa da, daim sabit çıxışları ilə seçilirlər. Hazırda “İnter” ən sabit çıxış edən komandadı. Amma fevralda necə olacağını bilmirəm.