22 yanvar 2013 11:32
Simurq CSKA ilə duelə hazırdı (FOTOREPORTAJ)
“Simurq” Türkiyə toplanışını davam etdirir. Azerisport.az xəbər verir ki, ötən gün baş tutan məşqdə isinmə hərəkətlərindən sonra 3 qrupa bölünən futbolçular "kvadrat" oynayıblar.
Daha sonra isə ikitərəfli oyunla və qapıya zərbələrdən sonra hazırlıq tamamlanıb. Qapıçılar David Pterkeviç, Dmitri Kramarenko və Eyyub Əliyev komandadan ayrı, qapıçılarla işləyən məşqçi Emil Babayevin rəhbərliyi altında çalışıb.
Qeyd edək ki, "Simurq" bu gün Antalyada təşkil olunmuş təlim-məşq toplanışı çərçivəsində növbəti yoxlama görüşünə çıxacaq. Komandanın rəqibi MOİK (Sofia) olacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 17:30-da start götürəcək.
