22 yanvar 2013 11:47
Fatih Kavlak: Azərbaycandan təklif almışdım
“Qəbələ”nin sabiq baş məşqçisi Fatih Kavlak Azərbaycan çempionu “Neftçi”nin Qazaxıstan “Aktobe”si ilə oyununu izləyib. Azerisport.az saytı Antalyada keçirilən oyunun fasiləsində türkiyəli mütəxəssisdən bəzi şeylər öyrənməyə çalışıb:
“Bir müddət əvvəl Azərbaycan Premyer Liqasında çıxış edən klublardan biri mənə təklif ünvanlamışdı. Amma mən bəzi məsələləri müzakirə etdikdən sonra gördüm ki, orda işləmək çətin olar. Hazırda işsizəm. Antalyada “Neftçi” ilə yanaşı digər klublarınızın da çıxışını izləməyi planlaşdırıram”.