23 yanvar 2013 00:14

Rəvanın yeni məşqçisi gəldi

"Rəvan”ın məşqçilər korpusunda artım olub. Azerisport.az xəbər verir ki, komandada fiziki hazırlıq üzrə yeni məşqçi fəaliyyətə başlayıb.
 
Bu vəzifəni Rastislav Svitski icra edəcək. 1974-cü il təvəllüdlü mütəxəssis klubla 1,5 illik müqaviləyə imza atıb.
 
Bunadək o, Slovakiyanın "Koşitse” klubunda baş məşqçi Yan Kozakın köməkçilərindən biri idi və fiziki hazırlıq üzrə məşqçi işləyirdi. Qeyd edək ki, Rastislav Svitski doktorluq dərəcəsinə malikdi. 1997-ci ildə Bratislavada yerləşən Komenski Universitetinin "Bədən Tərbiyəsi və İdman" fakültəsini bitirən mütəxəssis 2002-ci ildə Preşov Universitetinin "Humanitar və Tibb elmləri" fakültəsi üzrə doktarantura pilləsində təhsil almaqla doktor elmi dərəcəsinə yiyələnib. Dekatlon (onnövçülük) və heptatlon (yeddinövçülük) üzrə Slovakiya yüngül atletika millisinin üzvü olmuş Svitski ölkəsini bu cür yarışlarda 10 dəfə təmsil edib.
 
7 dəfə Slovakiya rekordunu qıran Svitski 10 dəfə ölkə çempionu olmağa da imkan tapıb. O həmçinin Slovakiyanın 19 yaşlı qızlardan ibarət basketbol və 21 yaşlı kişilərdən ibarət həndbol yığmalarında da fiziki hazırlıq üzrə məşqçi olub. Ölkəsinin kişilərdən ibarət həndbol çempionatının yüksək dəstəsində çıxış edən "Nove Zamki”də fəaliyyət göstərmiş mütəxəssis eyni zamanda Macarıstanın həndbol çempionatının elitasında "Nyireqhaza” və "Dyondyoş" kimi komandalar da fiziki hazırlıq üzrə məşqçi vəzifəsində çalışıb.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.