22 yanvar 2013 11:58
Qəbələ italiyalı futbolçunu sınaqdan keçirir
“Qəbələ” Türkiyənin Antalya şəhərindəki hazırlıqlarını davam etdirir. Azerisport.az xəbər verir ki, bölgə təmsilçisi eyni zamanda çoxlu legioneri də sınaqdan keçirir.
Belə ki, hazırda Ramiz Məmmədovun komandasının düşərgəsində Fransa, Mərakeş, Serbiya, Nigeriya, İtaliya, Sloveniya və Seneqaldan olan futbolçular var. Onların gələcək taleyi barədə qərar elə bu gün baş tutacaq ilk sınaq matçından sonra verilə bilər.
