23 yanvar 2013 00:23
Yığmamızın heyətində dəyişiklik edildi
Yanvarın 24-dən fevralın 3-nə qədər Bakıda təlim-məşq toplanışında olacaq 16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının heyətində dəyişiklik edilib. Azerisport.az xəbər verir ki, Tural Osmanovun əvəzinə toplanışa “Bakı” klubundan Elşad Aslanov dəvət olunub.
Tural Osmanov isə, xəbər verdiyimiz kimi, U-17-nin heyətində Türkiyənin Antalya şəhərinə toplanışa yollanacaq.
