22 yanvar 2013 12:29
Yığmamızın rəqibi Dubay hazırlıqlarına start verdi
Futbol üzrə Özbəkistan yığması artıq Birləşmiş Ərəb Əmirliklərindədi. Azerisport.az xəbər verir ki, baş məşqçi Mircəlal Qasımov Dubaya 27 futbolçu aparıb.
Qeyd edək ki, Özbəkistan yığması Dubay toplanışı çərçivəsində Azərbaycan millisi ilə yoxlama oyunu keçirəcək. Qarşılaşma fevralın 1-də baş tutacaq. Yığmamızın Dubay toplanışı isə yanvarın 29-da start götürəcək.
