22 yanvar 2013 12:43
Neftçi və Dinamo Cavidlə bağlı razılığa gəldi
Futbol üzrə Azərbaycan yığmasının və “Neftçi”nin yarımmüdafiəçisi Cavid İmamverdiyevin Kiyev “Dinamo”sunun düşərgəsinə yollandığını xəbər vermişdik. Azerisport.az xəbər verir ki, futbolçumuz Ukrayna klubunun düşərgəsində tibbi müayinədən keçəcək.
Artıq klublar da İmamverdiyevlə tam razılığa gəlmək üzrədi. Mümkündü ki, tezliklə “Dinamo” Cavidi heyətinə qatsın.
