23 yanvar 2013 00:46
Afrika Millətlər Kuboku: Fil Dişi Sahili və Tunisdən qələbə
Futbol üzrə Afrika Millətlər Kuboku davam edir. Azerisport.az xəbər verir ki, qitə birinciliyinin dördüncü oyun günündə D qrupu çərçivəsində iki oyun baş tutub.
Fil Dişi Sahili Toqo millisi ilə üz-üzə gəlib. Tərəflərin 90 dəqiqəlik mübarizəsindən birincilər qalib ayrılıblar.
Günün digər oyununda isə Tunis Əlcəzairlə münasibətlərinə aydınlıq gətirib. Bu görüşdə də tunislilər son dəqiqə qolu ilə qələbə qazanıblar.
Qeyd edək ki, beşinci oyun günündə A qrupu çərçivəsində Cənubi Afrika Respublikası Anqola, Mərakeş isə Kape Verde ilə üz-üzə gələcək.
Afrika Millətlər Kuboku
D qrupu
22 yanvar
Fil Dişi Sahili – Toqo – 2:1
Qollar: Y.Ture, 8, Cervinyo, 88 – Ayite, 45.
Tunis – Əlcəzair – 1:0
Qol: M'Sakni, 90.
