22 yanvar 2013 13:09

Yozef Blatter: Azərbaycan bu baxımdan düzgün yoldadı

FIFA-nın prezidenti Yozef Blatter AFFA-nın rəsmi saytına müsahibə verib. Azerisport.az sizi həmin müsahibə ilə tanış edir:
 
- Bir neçə ay öncə Azərbaycanda FIFA U-17 Qadınlarası Dünya Çempionatı təşkil olundu. Turnirin təşkilatçılığı ilə bağlı təəssüratlarınızı bizimlə bölüşməyinizi xahiş edirik.
- Öncə onu qeyd etməliyəm ki, bu turnir ilk dəfə idi ki, bir müsəlman ölkəsində keçirilirdi və bu amil futbolun bütün cəmiyyətlərdə inkişaf etməsi üçün çox faydalıdır. Bu baxımdan həmin çempionat tarixi önəm daşıyan bir hadisə idi. Təşkilati işlərə gəldikdə isə, hər şey mükəmməl səviyyədə təşkil olunmuşdu. Təşkilatçılar, söz verildiyi kimi, stadion tikib təhvil verdilər. Turnir gözəl keçirildi və Azərbaycan digər FIFA turnirlərini, eləcə də 2015-ci il Avropa Olimpiya oyunlarını keçirməyə hazırdır və ümumiyyətlə, Azərbaycan bu baxımdan düzgün yoldadır.
 
Bakıda keçirilən U-17 qadınlararası dünya çempionatında biz dünyaca məhşur müğənnilərin çıxışlarını izlədik. Bununla təşkilatçılar futbol və mədəniyyətin vəhdətini yaratdılar. Futbol da məhz bir mədəniyyətdir və cəmiyyətin vacib bir hissəsidir.
 
Ölkənizi və xüsusən də Azərbaycan futbol ictimaiyyətini bu münasibətlə təbrik edir, dövlətinizin başçısı cənab İlham Əliyevə öz hörmətimi və xoş arzularımı çatdırıram.
 
- İlk çempionatın müvəfəqiyyətlə keçirilməsi Azərbaycanın gələcəkdə digər beynəlxalq turnirlərə ev sahibliyi etmək imkanını nə dərəcə artırdı?
- AFFA-nın FIFA-ya dərhal məktubla müraciət edərək U-17 və U-20 futbol turnirlərini, ümumiyyətlə, FIFA təqvimində öz əksini tapmış istənilən yarışı keçirmək üçün öz namizədliklərini irəli sürməyi tövsiyə etmişəm. Bütün növ turnirlər, həmçinin çimərlik futbolu və futzal yarışları müraciət üçün açıqdır. Biz artıq bilirik ki, əgər Azərbaycana üz tutsaq, mütləq yüksək səviyyədə təşkilatçılıqla üzləşəcəyik. FIFA olaraq, bunu bilmək bizim üçün çox önəmlidir. Azərbaycan dünyanın elə bir önəmli nöqtəsidir ki, burada müxtəlif mədəniyyətlər uzlaşır. Bilirsiniz ki, Azərbaycan sözün həqiqi mənasında tarixi mərkəzdə - mədəniyyətlərin qovuşağındadır və bu, futbol naminə çox faydalıdır. Çünki futbol hamı üçündür.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.