22 yanvar 2013 13:26
Yığmamızın rəqibi Ekvadorla qarşılaşacaq
DÇ-2014-ün seçmə mərhələsində millimizlə eyni qrupda mübarizə aparan Portuqaliya yığması fevralın 6-da yoldaşlıq oyunu keçirəcək. Azerisport.az xəbər verir ki, millimizin rəqibi Ekvador yığması ilə qarşılaşacaq.
Yerli vaxtla saat 20:45-də başlayacaq oyun Qimaraynş şəhərindəki ED Afonso Henriques stadionunda keçiriləcək.
