22 yanvar 2013 13:18
Kaiserslautern Qəbələ ilə oynamaqdan imtina etdi
Almaniyanın "Kaiserslautern" klubu "Qəbələ" ilə yoxlama oyunu keçirməkdən imtina edib. Azerisport.az xəbər verir ki, almanlar buna ötən il "İnter"lə oyunda iki komandanın oyunçuları arasında baş vermiş qalmaqalı əsas gətiriblər.
Bu hadisədən sonra "Kaiserslautern" Azərbaycan klubları ilə oyunlar keçirməməyə çalışır.
Qeyd edək ki, alman düşərgəsində məhz hansı oyun barədə danışıldığı məlum deyil. Keçən il "Kaiserslautern" və "İnter" arasında heç bir oyun keçirilməyib.
