22 yanvar 2013 14:06
Mirhüseyn Seyidov toplanışdan danışdı (VİDEO)
"Neftçi"nin futbolçusu Mirhüseyn Seyidov klubun rəsmi saytına danışıb. Azerisport.az xəbər verir ki, o, hazırlıqlarla bağlı bunları dilə gətirib:
"Hazırlığımızı həmişəki kimi yüksək səviyyədə davam etdiririk. Çempionata var qüvvəmizlə hazırlaşırıq, çünki qarşıda bizim çətin oyunlarımız var. Hal-hazırda da turnir cədvəlində 4-cü sıradayıq. Onun üçün də istəyirik ki təlimləri yaxşı keçək və çempionatda öz sözümüzü deyə bilək. Ötən ilki titulumuzu qoruyub saxlamaq istəyirik".
