24 yanvar 2013 02:03
İngiltərə Liqa Kuboku: Çelsi finala çıxa bilmədi (YENİLƏNİB)
Fubol üzrə İngiltərə Liqa Kubokunda yarımfinal mərhələsinin cavab oyunları keçirilib. Azerisport.az xəbər verir ki, ilk oyun günündə bir görüş baş tutub.
İlk oyunda səfərdə 1:3 hesablı məğlubiyyətlə üzləşən Aston Villa doğma meydanda 2:1 hesabıyla qalib gəlsə də, növbəti mərhələyə “Bradford” çıxıb.
İkinci oyun günündə isə səfərdə keçirilən ilk matçda sensasion qələbəyə imza atmış “Swansea” “Chelsea” ilə münasibətlərinə aydınlıq gətirib. Qarşılaşmada hesab açılmadığından, "zadəganlar" həlledici oyuna vəsiqə qazana bilməyiblər və mübarizəni dayandırmaq məcburiyyətində qalıblar.
İngiltərə Liqa Kuboku
Yarımfinal (cavab oyunları)
22 yanvar
Aston Villa – Bradford – 2:1 (ilk oyun 1:3)
23 yanvar
Swansea – Chelsea - 0:0 (2:0)
