24 yanvar 2013 01:44
İtaliya Kuboku: Roma İnterlə ilk oyundan qalib ayrıldı (YENİLƏNİB)
Futbol üzrə İtaliya Kubokunda yarımfinal mərhələsinin ilk oyunları keçirilib. Azerisport.az xəbər verir ki, ilk oyun günündə bir görüş baş tutub.
“Juventus” “Lazio” ilə üz-üzə gəlib. Tərəflərin 90 dəqiqəlik mübarizəsində qalib müəyyənləşməyib. Qeyd edək ki, İtaliya Kubokunda bu mərhələnin qalibləri iki oyuna müəyyənləşir. Ona görə də, hər şeyə cavab qarşılaşmasında aydınlıq gələcək.
İkinci oyun günündə isə “Roma” “Inter”i qəbul edib. Qarşılaşma meydan sahiblərinin qələbəsi ilə başa çatıb. Amma bu cütdə də hər şeyə cavab matçında aydınlıq gələcək.
İtaliya Kuboku
Yarımfinal (ilk oyun)
22 yanvar
Juventus – Lazio – 1:1
23 yanvar
Roma - İnter - 2:1
