23 yanvar 2013 02:34
Qəbələ danimarkalılara futbol dərsi keçdi (FOTOLAR)
Antalyada hazırlıqlarını tamamlayan "Qəbələ"nin 17 yaşa qədər futbolçulardan ibarət komandası toplanışın axırıncı günündə qardaş ölkədə son yoxlama oyununu keçirib. Azerisport.az xəbər verir ki, 2 gün öncə Danimarkanın "Oure" Akademiyasının A komandası ilə qarşılaşan (2:1) təmsilçimiz bu dəfə akademiyanın B komandası ilə münasibətlərinə aydınlıq gətirib.
İlk dəqiqələrdən final fitinə kimi üstünlüyü əldən verməyən qırmızı-qaralar rəqibini meydançaya çıxmağa peşman edib. Gözəl oyun özünü hesabda da göstərib - 7:1. Vəzir Musayev (2), İlkin Allahverdiyev (2), Roman İbrahimov, Ehtiram Şahverdiyev və Baxşəli Baxşəliyevin qolları "Qəbələ"yə böyükhesablı qələbə qazandırıb.
Bu matçla Antalya toplanışına yekun vuran təmsilçimiz bu gün vətənə dönəcək.
