22 yanvar 2013 15:16

“Azərbaycanda olduqca istedadlı gənc futbolçular var”

“Sumqayıt” Futbol Klubunun 1998-2002-ci il təvəllüdlü futbolçular arasında seleksiya xarakterli təlim-məşq toplanışı keçirməsi barədə xəbər vermişdik. Azerisport.az xəbər verir ki, toplanışa rəhbərlik edən komandanın baş məşqçisi Bernhard Raab bu cür tədbirlərin keçirilməsinin müsbət hal olduğunu deyib.
 
Almaniyalı mütəxəssis seleksiya toplanışlarının gələcəkdə tez-tez keçiriləcəyini də vurğulayıb: “Azərbaycanda olduqca istedadlı gənc futbolçular var. Bu cür seleksiya xarakterli təlim-məşq toplanışlarının keçirilməsi məqsədə uyğun haldır. Bu günki toplanışda 60-dan artıq futbolçunu sınaqdan keçirdik. Açığı deyim ki, xeyli futbolçunun hazırkı durumundan razı qaldıq. Bəyəndiyimiz uşaqları “Sumqayıt” Futbol Klubunun akademiyasına cəlb etməyi düşünürük. Bu cür seleksiya xarakterli təlim-məşq toplanışlarını il ərzində ən azı 3-4 dəfə keçirməyi planlaşdırırıq”.
 
Bernhard Raabın köməkçisi Aqil Məmmədov da belə toplanışların keçirilməsini alqışlayıb: “Bu cür seleksiya xarakterli toplanışların keçirilməsini alqışlayıram. Hazırda əsas, əvəzedici və akademiyanın məşqçi heyəti tərəfindən bölgələrimizdə yetişən futbolçuları sınaqdan keçiririk. Ümid edirik ki, buradan seçəcəyimiz uşaqlar arasında gələcəyin parlaq ulduzları yetişəcək”.
 
Seleksiya toplanışında iştirak edən “Sumqayıt” FK-nun əvəzedici komandasının baş məşqçisi Vaqif Paşayev də iştirak edib. Adıçəkilən mütəxəssis də belə tədbirlərin keçirilməsini məqsədə uyğun hesab etdiyini deyib: “Bu gün həqiqətən əsl futbol bayramı yaşayırıq. Artıq bu uşaqların arasında 10-15 nəfəri qeydiyyata almışıq. Seleksiya prosesində əsas olan ikinci mərhələdir. Yəni seçəcəyimiz futbolçular arasında yaxşıca işləməliyik”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.