22 yanvar 2013 15:29
“Mənim Rauf Əliyevdəki kimi problemim olmayacaq”
“Qarabağ”ın yarımmüdafiəçisi Emin İmaməliyev azerisport.az saytına müsahibəsində “Qəbələ”yə mümkün keçidindən danışıb.
- “Qəbələ”nin heyətində görünməyiniz bir qədər gözlənilməz alındı...
- Komandanın baş məşqçisi Ramiz Məmmədovla söhbətimiz oldu. O, məndən bir qədər gözləməyi xahiş etdi. Türkiyəyə yollanarkən isə mənə zəng etdi və komandaya dəvət etdi. Düzünü deyim ki, hələ keçidlə bağlı heç nə danışmamışıq. Yəqin ki, tezliklə rəhbərliklə görüşüb hər şeyə aydınlıq gətirəcəyik.
- Amma mətbuat artıq sizin “Qəbələ”yə keçidinizi rəsmiləşdirib...
- (Gülür) Sağ olun. Amma hələ bundan danışmaq tezdi.
- Yəqin ki, bu, sizin üçün problem olmayacaq...
- Ümid edirəm.
- “Qarabağ”da niyə qalmadınız?
- İki varıantım var idi. Amma “Qəbələ” variantı yaranan kimi, buna dərhal razılaşdım. Bu, hazırda mənim üçün ən yaxşı variantdı. “Qarabağ”a gəlincə, Qurban Qurbanov mənə dedi ki, futbolçu çoxdu və məni toplanışa apara bilməyəcəklər. Belə olan halda mən də özümə yeni klub axtarmaq məcburiyyətində qaldım. Amma Ağdam klubu ilə hələ yaya qədər müqaviləm var.

- Burda sizə necədi?
- Yaxşı komandadı. Atmosfer də əladı. Əgər hər şey yaxşı alınsa, “Qəbələ”yə kömək etmək istəyirəm.
- Yaxşı komandadı. Atmosfer də əladı. Əgər hər şey yaxşı alınsa, “Qəbələ”yə kömək etmək istəyirəm.
- Yarımmüdafiə xəttində ciddi rəqabət var...
- Rəqabətdən qorxmuram. Əksinə, bunu maraqlı hesab edirəm. Mən “Kəpəz”də 10 oyun keçirdim. Hesab edirəm ki, hələ yüksək səviyyədə çıxış etməyə gücüm var.
- Ağdamlılar “Qəbələ”yə keçidinizə problem yaratmaz?
- “Qəbələ” ilə danışa bilsəm, “Qarabağ” məni buraxacaq.
- “Qəbələ” ilə danışa bilsəm, “Qarabağ” məni buraxacaq.
- Amma Rauf Əliyevi “Bakı”ya pulsuz buraxmadılar...
- Əliyev gənc futbolçudu və klubu başa düşmək olar. Mənim Raufdakı kimi problemim olmayacaq. Qurban Qurbanov da bildirdi ki, əgər “Qəbələ”yə keçidim alınsa, klub rəhbərliyi mənə problem yaratmayacaq.