22 yanvar 2013 15:37
Qarabağın yeni transferi ayrı çalışır
“Qarabağ” Antalyada hazırlıqlarını davam etdirir. Azerisport.az xəbər verir ki, təlim-məşq toplanışının 13-cü günündə komandanın sadəcə 1 məşqi vardı.
Ağdam klubu ənənəvi olaraq səhər çalışmasına yerli vaxtla 11:00-da yollanıb. “Qarabağ”ın bütün futbolçularının məşqə çıxdığı çalışma 90 dəqiqə davam edib. Fizikit-taktiki hazırlıq üzərində qurulan məşqdə Kristian Torres komandadan ayrı çalışıb. Ayağında yüngül ağrı olan argentinalı fizioterapevt nəzarətində müəyyən təmrinlər yerinə yetirib. Əvəzində yeni transfer Branimir Subaşiç komandayla hazırlıqlarda iştirak edib.
