22 yanvar 2013 19:55
İnter də Ingolstadt ilə dueldən məğlub ayrıldı (YENİLƏNİB)
Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan “İnter” qardaş ölkədəki hazırlıq prosesi çərçivəsində bu gün ikinci yoxlama görüşünə çıxıb. Azerisport.az xəbər verir ki, “bankirlər” Almaniyanın “Ingolstadt” klubu ilə üz-üzə gəlib.
Qarşılaşma Almaniya klubunun qələbəsi ilə başa çatıb.
Xatırladaq ki, Kaxaber Tsxadadzenin yetirmələri Antalyadakı ilk matçında Almaniyanın digər təmsilçisi “Aalen” ilə 1:1 hesablı heç-heçəyə razılaşmışdı.
Yoxlama oyunu
22 yanvar
İNTER – INGOLSTADT - 1:3 (0:1)
Qol: D.Genov, 62-pen (1:2).
"İnter"in start heyəti: Georgi Lomaya, Bryus Abdulay, Vladimir Levin, Ruslan Əmircanov, Samir Zərgərov, İliya Kandelaki, İbrahima Niasse, Asif Məmmədov, Slavço Georgiyevski, Fuad Bayramov, Baçana Tsxadadze.
Oyun başladı
12. Almanlar hesabı açırlar - 0:1
Birinci hissə başa çatdı
İkinci hissə başladı
İkinci hissənin əvvəlində almanlar daha bir qol vururlar - 0:2
62. Genov penaltini dəqiq yerinə yetirməklə hesab arasındakı fərqi azaldır - 1:2
79. Almanlar "bankirlər"in qapısından üçüncü qolu keçirir - 1:3
Matç başa çatdı
