22 yanvar 2013 21:00
AZAL Çin klubu ilə sülhə razılaşdı (YENİLƏNİB)
Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan AZAL qardaş ölkədəki hazırlıq prosesi çərçivəsində bu gün ikinci yoxlama görüşünə çıxıb. Azerisport.az xəbər verir ki, “təyyarəçilər” Çinin “Dalyan” klubu ilə üz-üzə gəlib.
Qarşılaşma 1:1 hesabı ilə başa çatıb.
Xatırladaq ki, Vaqif Sadıqovun yetirmələri Antalyadakı ilk matçında Ukraynanın “Volın” klubuna 1:3 hesabıyla uduzmuşdular.
Yoxlama oyunu
22 yanvar
AZAL- DALYAN - 1:1 (0:0)
Qol: Veliçka, 67.
AZAL-ın start heyəti: Həsənzadə, Nildo, Fransisko, Arsenyeviç, Nduka, Aylton, Novruzov, Taqayev, Səfiyaroğlu, Benuahi, Veliçka.
