22 yanvar 2013 03:20
Qəbələnin Antalyadakı ilk günü (FOTOLAR)
Antalyada toplanışını davam etdirən "Qəbələ" günü 2 məşqlə tamamlayıb. Azerisport.az xəbər verir ki, günün ilk yarısında komanda əsasən fiziki yüklü çalışmalar yerinə yetirib. Günün ikinci yarısında isə toplu çalışmalara üstünlük verilib. Məşq ikitərəfli oyunla yekunlaşıb.
