22 yanvar 2013 16:36
Sumqayıt Xəzər Lənkəranla yoxlama oyunu keçirəcək
"Sumqayıt" Futbol Klubunun əvəzedici komandası çempionatın ikinci mərhələsi üçün hazırlığını davam etdirir. Azerisport.az xəbər verir ki, Vaqif Paşayevin komandası sabah növbəti yoxlama oyununa çıxacaq.
Komanda Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda saat 15:00-da "Xəzər Lənkəran"ın əvəzedicilərini sınağa çəkəcək.
