22 yanvar 2013 16:56
Sumqayıtın seleksiya xarakterli toplanışı (VİDEO)
Xəbər verdiyimiz kimi, “Sumqayıt” “Bayıl Arena”da 1998-2002-ci il təvəllüdlü futbolçular arasında seleksiya xarakterli təlim-məşq toplanışı keçirib. Azerisport.az xəbər verir ki, bölgələrdən təşrif buyurmuş uşaqlar komandanın baş məşqçisi Bernhard Raab, onun köməkçiləri və akademiyanın məşqçilər heyəti tərəfindən yoxlanılıb. Üç saatdan artıq davam edən seleksiya xarakterli toplanışda 60-dan artıq futbolçu izlənilib.
