23 yanvar 2013 16:59
Qarabağ yenə test verdi (FOTOREPORTAJ)
“Qarabağ” Antalyada hazırlıqlarını davam etdirir. Azerisport.az xəbər verir ki, hazırlığın cari günündə futbolçular testdən keçməli idi.
10 gün bundan öncə Niğde universitetinden gəlmiş, Emin Süelin başçılıq etdiyi qrup bugün səhər çalışmasında futbolçulardan test götürüb. 35 metrlik məsafəni 6 dəfə qaçan futbolçulardan qan alınaraq yenilənmə proseduru tədqiq edilib. Testin nəticələri bir neçə günə məlum olacaq.
