23 yanvar 2013 17:18
Qəbələ Zenitə qarşı
Antalyada hazırlıqlarını davam etdirən "Qəbələ"nin əvəzedicilərdən ibarət komandası bu gün qardaş ölkədə ilk yoxlama oyununu keçirəcək. Azerisport.az xəbər verir ki, “qırmızı-qaralar” Rusiyanın "Zenit" komandasının əvəzedici komandası ilə üz-üzə gələcək.
Matç Bakı vaxtı ilə 21:30-da baş tutacaq.
