23 yanvar 2013 17:38
Kəpəz məşqləri intensivləşdirib
Təlim-məşq toplanışı üçün Bakıda olan "Kəpəz" hazırlığını sürdürür. Azerisport.az xəbər verir ki, komanda baş məşqçi Mahmud Qurbanovun başçılığı altında "Dalğa Arena"da məşq keçir.
Gəncəlilər artıq hazırlığı intensivləşdiriblər. Belə ki, həm məşqlərin sayı, həm də ağırlığı artıb. Futbolçular gündə iki dəfə məşq edirlər. Səhər saat 11:00-da və günortadan sonra saat 16:00-da hazırlıq keçir. Səhər məşqindən sonra nahara çıxan komanda üzvləri istirahətin ardından yenidən meydançada iş başında olurlar. Məşqlərdəki yükləmələrə gəlincə, toplanışda fiziki yönlü hazırlıqla yanaşı, futbolçular toplu çalışmalar üzərində də işləyirlər. Məşq prosesi 1,5-2 saat çəkir.
