23 yanvar 2013 17:54
Kəpəz özünə daha bir rəqib tapdı
“Kəpəz" yoxlama oyunları çərçivəsində sabah növbəti görüşünü keçirəcək. Azerisport.az xəbər verir ki, Gəncə klubunun rəqibi "İnter"in əvəzedici heyəti olacaq.
Matç "Dalğa Arena"da reallaşacaq. Oyunun start fiti saat 14:00-da səslənəcək.
Qeyd edək ki, "Kəpəz" cari ildə ilk görüşünü yanvarın 19-da "Qaradağ Lökbatan" klubuna qarşı keçirmişdi və məğlub olmuşdu.
