23 yanvar 2013 18:14

Foda: Kaiserslautern Azərbaycan yığması deyil

Almaniyanın “Kaiserslautern” klubunun baş məşqçisi Franko Foda azerisport.az saytına müsahibəsində Azərbaycan yığmasının hücumçusu Rüfət Dadaşovdan danışıb, eləcə də “Qəbələ” ilə yoxlama oyununun baş tutmamasının səbəbini izah edib.
 
- Rüfət Dadaşovu əsas komandaya cəlb etsəniz də, sonra ondan imtina etdiniz. Niyə?
- Onu mənə U-23 komandamızın baş məşqçisi məsləhət gördü. Gənc komandalarımızdan təsadüfi hallarda futbolçu cəlb edirik. Dadaşov da onlardan biri idi. Amma onun fiziki hazırlığı bizi qane etmədi. Ona görə də yenidən U-23-ə qayıtdı. O, hələ əsas komandada oynamağa hazır deyil. Amma Dadaşovun gec-tez əsas komandaya çağırılması istisna deyil.
 
- Bəs o nə vaxt “Kaiserslautern”in əsas heyətində görünə bilər?
- O, istedadlı oyunçudu. Amma üzərində daha da çox işləməsi lazımdı. Hələ gəncdi. Çalışmaq üçün vaxtı çoxdu.

- Amma artıq Azərbaycan yığmasına çağırılmağa başlayıb...
- “Kaiserslautern” Azərbaycan yığması deyil. Bunlar fərqli komandalardı. Mən onun yığmanızın seleksiya xarakterli toplanışına qatılmasından xəbərdaram. Ona milli komandada uğurlar arzulayıram.
 
- Azərbaycan futbolu barədə nə bilirsiz?
- Ancaq Dadaşovun yığmasında oynamasını (gülür). Bir də əsas komandanıza Berti Foqtsun rəhbərlik etməsini. Yeri gəlmişkən, Foqts vaxtilə mənim məşqçim olub.
 
- Siz Azərbaycan klublarından “Qəbələ” ilə eyni oteldə qalırsız. Bu komanda ilə sınaq matçından niyə imtina etdiniz?
- Biz hazırlıq planlarımızı öncədən müəyyənləşdirmişdik. Planlarımızda “Qəbələ” ilə oyun keçirmək yox idi.
 
- Deyilənə görə, siz bu oyundan ona görə imtina etmisiz ki, ötən mövsüm klublarımızdan biri ilə qarşılaşmada futbolçular arasında dava düşübmüş...
- Bu barədə heç nə deyə bilmərəm. Yenə də deyirəm ki, biz sınaq matçlarımızın siyahısını öncədən müəyyənləşdirmişdik. Bu həftənin sonunda isə Almaniyaya qayıtmalıyıq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.