23 yanvar 2013 18:21
Tahir Süleymanov: Cavid tibbi müayinədən keçib və biz Dinamonun qərarını gözləyirik
“Neftçi”nin vitse-prezidenti Tahir Süleymanov Cavid İmamverdiyevin Kiyev “Dinamo”suna keçidindən danışıb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Cavid Kiyevdədi və artıq tibbi müayinədən keçib. İki klub arasında danışıqlar davam edir. Biz bu danışıqların müsbət sonuclanacağına inanırıq. İmamverdiyevlə müqavilə bağlamaq istəyən başqa klublar da var. Amma iki klub rəhbərliyi arasındakı münasibətlərin yaxşı olması səbəbindən biz onun Kiyev “Dinamo”suna getməsinə qərar verdik. İndi qarşı tərəfin qərarını gözləyirik. Hesab edirəm ki, İmamverdiyevin legioner həyatına başlamasının əsl vaxtıdı”.