23 yanvar 2013 18:26
Xəzər Lənkəran üç itki ilə hazırlaşır
“Xəzər Lənkəran” Antalya toplanışını davam etdirir. Azerisport.az xəbər verir ki, komanda məşqlərə heç də tam heyətlə çıxa bilmir.
Belə ki, komandanın hücumçusu Dimitris Sialmas, müdafiəçi Radomir Todorov və Eder Bonfim hazırlıqlardan kənar qalıb. Adıçəkilən futbolçular zədədən əziyyət çəkirlər. Onların sıraya nə vaxt dönəcəyi dəqiq bilinmir.
Qeyd edək ki, bu futbolçular dünən keçirilən Ukraynanın “Krivbass” klubu ilə sınaq matçında (0:6) da meydana çıxmamışdılar.
