23 yanvar 2013 18:32
Cavid İmamverdiyev Kiyev Dinamosunda debüt etdi
Futbol üzrə Azərbaycan yığmasının yarımmüdafiəçisi Cavid İmamverdiyev Ukraynanın “Dinamo” (Kiyev) klubunun ikinci komandasında debüt edib. Azerisport.az xəbər verir ki, həmyerlimiz Makarovun xatirəsinə həsr olunmuş turnirdə “Dinamo”nun gənclərdən ibarət komandasına qarşı oyunun iştirakçısı olub.
Məşqçilər korpusu onu bu görüşün ikinci hissəsində meydana buraxıblar. Özü də “Neftçi”nin futbolçusu forvard kimi istifadə olunub.
Qarşılaşma isə 2:2 hesabıyla başa çatıb.
