23 yanvar 2013 18:53
Berti Foqts İmamverdiyevi də Dubaya aparır
Azərbaycan milli komandasının yanvarın 29-dan fevralın 6-dək Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçiriləcək təlim-məşq toplanışına daha bir futbolçu dəvət olunub. Azerisport.az xəbər verir ki, əvvəlcə adı ehtiyat heyətdə qeyd olunmuş Cavid İmamverdiyev ("Neftçi") millinin hazırlıq prosesində iştirak edəcək.
Xatırladaq ki, hazırlıq prosesi çərçivəsində millimiz fevralın 1-də Özbəkistan yığması ilə yoxlama oyunu, fevralın 6-da isə Lixtenşteyn millisi ilə beynəlxalq yoldaşlıq görüşü keçirəcək.
