23 yanvar 2013 19:05
Yığmamızın rəqibi Finlandiya ilə qarşılaşacaq
DÇ-2014-ün seçmə mərhələsində millimizlə eyni qrupda mübarizə aparan İsrail yığma komandası fevralın 6-da yoldaşlıq oyunu keçirəcək. Azerisport.az xəbər verir ki, millimizin rəqibi Finlandiya yığması ilə qarşılaşacaq.
Netanya şəhərindəki eyniadlı stadionda keçiriləcək oyun yerli vaxtla saat 20:00-da başlayacaq.
