23 yanvar 2013 20:18
Bakı bir gündə iki oyuna çıxacaq
Azərbaycan kubokunun sahibi “Bakı” Türkiyə toplanışı çərçivəsində növbəti rəqiblərinin adına aydınlıq gətirib. Azerisport.az xəbər verir ki, paytaxt klubu Antalyada bir gündə iki oyun keçirməyə hazırlaşır.
Belə ki, Bojidar Bandoviç komandasını sabah öncə Macarıstanın “Ujpest” klubu ilə görüşdə sınayacaq. Məhz bu görüşün ardından isə “zolaqlılar” Almaniyanın Regional Liqasında çıxış edən “Bergisch Gladbach” klubu ilə üz-üzə gələcəklər. Birinci oyunun saat 17:00-da, ikincinin isə 19:00-da start götürməsi gözlənilir.
Qeyd edək ki, paytaxt klubu hələlik Antalyada bir oyuna çıxıb və Bolqarıstan “Etır”ı ilə 1:1 hesablı heç-heçəyə razılaşıb.
