23 yanvar 2013 11:34

Fatih Kavlak: Qəbələnin oyununu izləməyə hazırlaşmıram

“Qəbələ”nin sabiq baş məşqçisi Fatih Kavlak azerisport.az saytının suallarını cavablandırıb.
 
- “Qəbələ”dən ayrılandan sonra nə işlə məşğulsuz?
- Antalyada, evimdə istirahət edirəm. Artıq yenidən futbola qayıtmaq istəyirəm. Artıq iki həftədi burda məşqləri, oyunları izləyirəm. Belə toplanışlar işsiz məşqçilər üçün də faydalıdı. Müxtəlif komandaların hazırlıqlarını izləyirəm.
 
- Azərbaycan futbolunu izləyirsiz?
- Bəli. İnternet vasitəsilə.
 
- “Qəbələ”ni də?
- Bəli. Komanda hazırda beşinci yerdədi.
 
- Sizcə, belə güclü heyəti olan komandanın beşinci olması normaldı?
- Onlara uğurlar arzulayıram. Çünki komandanı mövsümün ilk hissəsinə mən hazırlamışdım. Ona görə də, “Qəbələ”nin uğurlu çıxış etməsində mən də maraqlıyam. Yaxşı komandadı. Əminəm ki, komanda yüksək yerlərdən birini tuta biləcək.
 
- Keçmiş komandanızın oyunlarını izləməyi planlaşdırırsız?
- Mənim başqa planlarım var. Xahiş edirəm, bundan başqa məqamlar axtarmayın. Mən bu komandadan qalmaqalla getməmişəm. Rəhbərliklə yenə də yaxşı münasibətlərim var. Onlara ancaq uğurlar arzulayıram.
 
- “Qəbələ”dəki işinizi analiz etməyə vaxtınız oldu? Sizcə, niyə uğur qazana bilmədiniz?
- Bu barədə danışmaq düz olmazdı. İşləyirsən və düşünürsən ki, hər şey yaxşı gedir. Amma işin başa çatandan, kənardakıların qiymətləndirməsindən sonra görürsən ki, çatışmazlıqlar olub. Uğurlu qərarlarımız da oldu, uğursuz da. Amma böyük təcrübə topladım.
 
- Yenidən Azərbaycan klubundan təklif alsaz, qəbul edərsiz?
- Buna müsbət yanaşıram. Mən Azərbaycanı, bu ölkənin futbolunu sevirəm. Bu ölkədə 3,5 il çalışmışam. Əgər başqa ölkədən təklif alsam, uyğunlaşmaq üçün xeyli vaxt lazım gələcək. Azərbaycan futbolunu isə çox yaxşı tanıyıram. Bu, mənim üçün ən yaxşı variant olardı.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.