24 yanvar 2013 00:01
Dimitkovski: Neftçi ilə matçda hesab oyuna görə oldu
"Neftçi" - "Turnovo" oyunundan sonra Makedoniya klubunun baş məşqçisi Lyupko Dimitkovski oyunla bağlı fikirlərini dilə gətirib. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
"İlk olaraq onu deyim ki, maraqlı qarşılaşma alındı. Birinci hissədə rəqibin güclü təzyiqi altında oynadıq. Fasilədən sonra isə müəyyən qədər toparlandıq. Matçın gedişatında futbolçularıma iradlarımı bildirdim. Məğlubiyyətlərdən nəticə çıxarmaq lazımdı. Hesab da oyuna görə oldu. "Neftçi" klubunu təbrik edirəm".
