23 yanvar 2013 11:57
Simurqun CSKA ilə heç-heçəsi (FOTOREPORTAJ)
Yanvarın 10-dan Antalyada təlim-məşq toplanışında olan "Simurq" ötən gün növbəti yoxlama görüşünə çıxıb. Azerisport.az xəbər verir ki, komandanın rəqibi Bolqarıstanın CSKA kollektivi olub. Qarşılaşma 3:3 hesablı heç-heçə ilə başa çatıb. “Sarı-qaralar”ın qollarını Nicat Qurbanov, Stepan Polyak və Mario Bojiç vurub. Azerisport.az sizi həmin oyundan hazırlanmış fotoreportajla tanış edir.
