23 yanvar 2013 12:18
Qəbələ italiyalı və fransız futbolçuları bəyənmədi
“Qəbələ” baxışa çağırdığı bəzi futbolçulardan imtina edib. Azerisport.az xəbər verir ki, ötən gün baş tutan Almaniya “İngolstatd”ı ilə oyunda sınanan və məşqçilər korpusunun xoşuna gəlməyən həmin futbolçular artıq yola salınıblar.
Bunlar italiyalı David Botton, fransalı Mark Erold və belçikalı Ben Lui Kərim olub. Digər baxışa çağırılan futbolçular barədə qərar isə qarşıdakı günlərdə açıqlanacaq.
